İddiaya görə, 11 erməni hərbçi Ermənistanın Zəngəzur (Sünik vilayəti) mahalındakı sərhəddə Azərbaycan hərbçiləri ilə dava etdikdən sonra müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı Ermənistan Baş Prokurorluğun mətbuat xidmətinə istinadən yayıb.
"Mayın 20-də səhər saat 10 radələrində bir qrup Azərbaycan hərbçisi Gorus bölgəsinin Xoznavar kəndi yaxınlığında sərhədi keçib. Təxminən 1,5 km piyada gedərək dayanıblar və sonra geri qayıdıblar.
Həmin gün, saat 21:10 radələrində ikinci cəhd olub. Azərbaycan hərbçiləri sərhəddi keçərək onları qarşılamağa çıxan erməni əsgərlərlə mübahisəyə girib.
Və nəticədə ermənilərin hamısı Gorus tibb mərkəzində xəstəxanaya yerləşdirilib. Sünikin vilayət rəhbərliyi “Sputnik Ermənistan”a zədə alanların vəziyyətinin qənaətbəxş olduğunu deyib.
Tibb mərkəzi isə insidentlə bağlı şərh verməyib.
Görünür, səhiyyə qurumu belə feyk xəbərin onlar tərəfindən təsdiq edilməsini məqbul saymayıblar.
Bizim.Media
- A-
- A
- A+
Region
17:43 / 21.05.2021
Azərbaycan hərbçilərinin döydüyü 11 erməni əsgər xəstəxanalıq oldu - İDDİA
Hazırda oxunan: Azərbaycan hərbçilərinin döydüyü 11 erməni əsgər xəstəxanalıq oldu - İDDİA
Hazırda oxunan: Azərbaycan hərbçilərinin döydüyü 11 erməni əsgər xəstəxanalıq oldu - İDDİA
21925
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.