Qazaxıstan klubu Bakıda məğlub oldu

Hazırda oxunan: Qazaxıstan klubu Bakıda məğlub oldu

218857

Qazaxıstanın kişi həndbolçulardan ibarət “Turan” komandası Bakıda təlim-məşq toplanışı keçir.

Bizim.Media xəbər verir ki, “AHF Arena” idman kompleksində təşkil olunan hazırlıq prosesinə 25 həndbolçu qatılıb.

Məqsəd qarşıdakı yarışlara daha səmərəli hazırlaşmaq, təcrübə mübadiləsi və yoxlama oyunları keçirməkdir. Baş məşqçi Maksad Narmetovun rəhbərlik etdiyi kollektiv ilk yoxlama görüşündə qüvvəsini sınayıb. “Azəryol” klubu ilə qarşılaşma komandamızın 34-28 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Turan”ın ölkəmizin digər klubları ilə də yoxlama oyunları keçirməsi nəzərdə tutulub. Təlim-məşq toplanışına noyabrın 6-da yekun vurulacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin