Bu il neçə milyon insan Bakı Dəmiryol Vağzalından istifadə edib? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Bu il neçə milyon insan Bakı Dəmiryol Vağzalından istifadə edib? – RƏSMİ AÇIQLAMA

218786

Bakı Dəmiryol Vağzalından gün ərzində 30 minədək sərnişin istifadə edir. 2024-cü ilin on ayında vağzaldan istifadə edən sərnişinlərin sayı 4 milyon yarıma çatıb. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSC-nin sərnişindaşıma departamentinin rəisi Azər Fərəcov COP29 tədbirinə hazırlıq çərçivəsində media nümayəndələri üçün Bakı Dəmiryol Vağzalı və Koroğlu dayanacağına mediaturda deyib.

O bildirib ki, ötən il vağzaldan istifadə edən sərnişinlərin sayı isə 5 milyon nəfərə yaxın olub:

“Bu vağzalda keçid turniketlərinin sayının artırılması ilə bu günə kimi 1 dəqiqədə maksimum 750 nəfər keçə bilirdisə, hazırda 36 turniketlə bu rəqəm 1000-ə çatdırılıb”.

Qurum rəsmisi, həmçinin, bu ilin on ayında Koroğlu dayanacağından istifadə edən sərnişinlərin sayının 773 mini ötdüyünü vurğulayıb:

“2023-cü ildə bu dayanacaqdan istifadə edən sərnişinlərin sayı isə 800 min nəfərə yaxın olub”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin