COP29-da DSX necə İŞLƏYƏCƏK? – Rəsmi AÇIQLAMA - FOTO

Hazırda oxunan: COP29-da DSX necə İŞLƏYƏCƏK? – Rəsmi AÇIQLAMA - FOTO

218778

“COP29 zamanı hər hansı fövqəladə hallar baş verdiyi halda sistemin və şəbəkənin dayanıqlı təmin olunması üçün müvafiq tədbirlər görülüb”. 

Bizim.Media xəbər verir ki, bunu DSX Sərhəd Nəzarət Komandanlığının hərbi qulluqçusu mayor Nicat Cahidzadə Sərhəd Nəzarəti Komandanlığına təşkil olunan mediaturda qeyd edib.

O, bildirib ki, tədbirə gələcək qonaqlar COP29 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşları tərəfindən qarşılanacaq, xüsusi nəzərdə tutulmuş keçid zolaqları ilə sərhəd nəzarət kabinələrinə yönəldiləcəklər:

“Sərhəd Nəzarət Komandanlığının hərbi qulluqçuları qanunla nəzərdə tutulmuş qaydada və sürətli bir zamanda sənədlərin yoxlanışını həyata keçirəcək. COP29 vizası ilə gələn əcnəbi vətəndaşlar 45 saniyə, Azərbaycan vətəndaşları isə 30 saniyə müddətində rəsmiləşdirilərək dövlət sərhədindən buraxılacaq.

Hazırda bütün iş yerlərində və sistemlərimizdə gücləndirilmiş iş rejiminə keçilib. Tədbirdən öncə və tədbir zamanı əməliyyat şəraitlərini ciddi nəzarətdə saxlayacağıq. Eləcə də şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən qanunvericilik çərçivəsində, eləcə də gecikmələrə yol verilmədən keçidinin təmin olunmasına nəzarət ediləcək”. 

Qurum rəsmisi onu da əlavə edib ki, COP29 zamanı sıxlığın qarşısının alınması ilə bağlı şəxsi heyətin sayı çoxalıb:

“Xüsusi və müasir texniki vasitələrdən istifadə edilməklə sərnişinlərin daha sürətli rəsmiləşdirilməsi, məlumatların elektron qaydada bazaya ötürülməsi və dövlət sərhəd xidmətindən burraxılması nəzərdə tutulub. 








Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin