Zərdabda 30 yaşlı gənc kanalda balıq tutmaq istədi, canından oldu – FOTO/VİDEO

Hazırda oxunan: Zərdabda 30 yaşlı gənc kanalda balıq tutmaq istədi, canından oldu – FOTO/VİDEO

218338

Zərdabda baş verən bədbəxt hadisənin bəzi detalları məlum olub.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə oktyabr ayının 28-də saat 15:00 radələrində rayon ərazisindən keçən Aşağı Şirvan Kollektorunda qeydə alınıb.

Belə ki, rayonun 30 yaşlı sakini Murad Cümşüdov əmisi ilə birlikdə əraziyə balıq tutmaq məqsədilə gəlib. Bu zaman o qayıqla balıq tutarkən halı pisləşib və suya yıxılıb. Əmisi onu sudan çıxarmağa çalışsa da, Muradın həyatını xilas etmək mümkün olmayıb və suda boğularaq ölüb.

Mərhumun digər əmisi Bəhruz Cümşüdov Bizim.Media-nın yerli bürosuna bildirib ki, Murad əmisi ilə balıq tutarkən qəfildən suya yıxılıb:

“Birdən görüblər ki, ondan səs gəlmir gedib görüblər ki, suya düşüb. Ətrafdakılar orda ilk yardım göstərsə də, heç bir faydası olmayıb. Onu hər zaman nəzarətimizdə saxlayırdıq. Epilepsiya xəstəsi idi və adətən xəstəliyi gecələr tuturdu. Türkiyədə xəstəxanada müalicə olunurdu”.

Qeyd edək ki, hazırda faktla bağlı Zərdab rayon prokurorluğundan araşdırma aparılır.




Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin