Gəncədə mənzillərdən birində yanğın hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Zərifə Əliyeva küçəsi, bina 6, mənzil 7 ünvanında ikimərtəbəli tikililərdən birində baş verib.
Yanğın nəticəsində iki otaqlı evin bir otağı yanıb, ikinci otağa yanğının keçməsinin qarşı alınıb.
Hadisə zamanı ev sahibi mənzildə olmadığından qonşular FHN-in Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinə zəng edib və hadisə yerinə iki yanğınsöndurən avtomobil və 20-ə yaxın canlı qüvvə cəlb olunub. FHN-in əməkdaşlarının köməkliyi ilə yanğın söndürülüb və alovun qonşu mənzilə keçməsinin qarşısı alınıb.
İlkin məlumata görə, hadisəyə səbəb elektrik naqillərində olan qısaqapanmadır.
Faktla bağlı araşdırma başlanılıb.
 Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

- A-
 - A
 - A+
 
Cəmiyyət
							16:29 / 29.10.2024
							
						Gəncədə ikimərtəbəli evdə yanğın oldu - VİDEO
						
							
								Hazırda oxunan: Gəncədə ikimərtəbəli evdə yanğın oldu - VİDEO							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Gəncədə ikimərtəbəli evdə yanğın oldu - VİDEO							
						218324
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
























































































