COP29-a gələn qonaqlardan koronavirus testi götürülməyəcək

Hazırda oxunan: COP29-a gələn qonaqlardan koronavirus testi götürülməyəcək

218312

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) gələn qonaqlardan koronavirus testi götürülməyəcək.

Bizim.Media xəbər verir ki, bu barədə report.az-a səhiyyə nazirinin müavini Nadir Zeynalov bildirib.

COVID-19 pandemiyasında əldə edilən təcrübələrdən söz açan nazir müavini qeyd edib ki, Azərbaycanda Beynəlxalq Tibbi-Sanitariya Qaydalarında tətbiq olunur:

"2005-ci ildə qəbul edilən bu qaydalar COVID-19 pandemiyası zamanı sınaqdan keçirildi. Azərbaycan da bu qaydalar çərçivəsində tədbirlər gördü. Artıq gələcəkdə belə hallar yaşanarsa, atılacaq addımların müəyyənləşdirilməsi və təhlükəsizliyin təmini daha asan olacaq".

Xatırladaq ki, bu ilin noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 konfransına müxtəlif ölkələrdən minlərlə ziyarətçinin səfər edəcəyi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin