“Avroviziya”nın ikinci yarımfinalı keçirilir

Hazırda oxunan: “Avroviziya”nın ikinci yarımfinalı keçirilir

21810

Bu gün Niderland Krallığının Rotterdam şəhərində “Avroviziya -2021” mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsi keçirilir.

Bizim.Media xəbər verir ki, bugünkü yarımfinalda San-Marino, Estoniya, Çexiya, Yunanıstan, Avstriya, Polşa, Moldova, Serbiya, Gürcüstan, Albaniya, Portuqaliya, Bolqarıstan, Finlandiya, Latviya, İsveçrə və Danimarka finala keçmək uğrunda mübarizə aparacaqlar.

İslandiyanı təmsil edən "Daði og Gagnamagnið” qrupunun bir üzvü koronavirusa yoluxduğu üçün ikinci yarımfinalda yer almayacaq, onun məşq görüntüləri efirdə yayımlanacaq.

Qeyd edək ki, ilk yarımfinal mayın 18-də keçirilib və Azərbaycan finala vəsiqə qazanıb.

Ölkəmizi “Avroviziya -2021” mahnı müsabiqəsində “Mata Hari” mahnısı ilə Samira Efendi təmsil edir. Təqdim olunan mahnının müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl və Lyuk van Birsdir. Müsabiqənin final yarışması mayın 22-də keçiriləcək.

Xatırladaq ki, sayca 65-ci olan “Avroviziya” Mahnı Müsabiqəsi ötən il pandemiya səbəbi ilə təxirə salınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin