Kürdəmirdə 63 yaşlı qadın hamamda VƏFAT EDİB

Hazırda oxunan: Kürdəmirdə 63 yaşlı qadın hamamda VƏFAT EDİB

217924

Kürdəmirdə 63 yaşlı qadın hamam otağında yuyunarkən ürək tutmasından dünyasını dəyişib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayon ərazisində yerləşən hərbi şəhərcikdə qeydə alınıb.

Belə ki 1961-ci il təvəllüdlü Həsənova Elfirida Veysəl qızı hamam otağında yuyunarkən qəfildən halı pisləşib.Yaxınları onu dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da onun həyatını xilas etmək mümkün olmayıb.

O, xəstəxanaya çatana qədər yolda dünyasını dəyişib. Hazırda rayonun hüquq mühafizə orqanı əməkdaşları hadisə yerinə cəlb olunub və fakt araşdırılır.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin