Qadın güləşçimiz dünya çempionu oldu

Hazırda oxunan: Qadın güləşçimiz dünya çempionu oldu

217804

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatı davam edir. Mundialın 4-cü günündə qadın güləşi üzrə millinin son 2 üzvü xalçaya çıxıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, Jalə Əliyeva (57 kq) 1/8 finalda ukraynalı Alina Filipoviçdən güclü olub – 7:4.

Həmyerlimiz növbəti mərhələdə isə türkiyəli Sevim Akbaşa heç bir şans tanımayıb – 10:0.

Əliyeva yarımfinalda isə amerikalı Sofiya Makalusonu “tuş”la üstələyib və ardıcıl ikinci dəfə U-23 dünya çempionatının finalına yüksəlib. Jalə finalda yaponiyalı Ruka Natami ilə qarşılaşıb.

Daha öncə yeniyetmələr və gənclər arasında dünya çempionu olmuş rəqiblə görüş gərgin mübarizə şəraitində keçib. Natamiyə 10:8 hesabıyla qalib gələn güləşçimiz dünya çempionu olub.

Ruzanna Məmmədova (62 kq) debütdə qırğızıstanlı Kalmira Bilimbekqızından (4:1) güclü olsa da, 1/4 finalda estoniyalı Viktoriya Vessoya 1:7 hesabıyla məğlub olub.

 Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin