Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatı davam edir.
Bizim.Media xəbər verir ki, yarışın dördüncü günündə Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə qoşulub.
U-23 dünya çempionatı
Qadın güləşi
57 kq
Dünya çempionu Jalə Əliyeva ilk mərhələdən yarışa qoşulub. 1/8 finalda ukraynalı Alina Filipoviçi 7:4 hesabı ilə məğlub edən güləşçimiz ardınca türkiyəli Sevim Akbaşdan da üstün olub - 10:0. O, yarımfinalda Sofia Makaluso (ABŞ) ilə üz-üzə gəlib. 10:0 hesabı ilə qalib gələn Jalə adını finala yazdırıb.
62 kq
Ruzanna Məmmədova 1/8 finalda qırğızıstanlı Kalmira Bilimbeklə qarşılaşıb. Rəqibini 4:1 hesabı ilə məğlub edən güləşçimiz ikinci görüşündə Viktoriya Vessoya (Estoniya) uduzub - 1:7.
Qeyd edək ki, mundialda yunan-Roma güləşçilərimizdən Rəşad Məmmədov (55 kq) gümüş, Nihat Quluzadə (60 kq) ilə Xasay Həsənli (77 kq) bürünc medal qazanıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
00:36 / 25.10.2024
Güləşçimiz dünya çempionatının FİNALINDA
Hazırda oxunan: Güləşçimiz dünya çempionatının FİNALINDA
Hazırda oxunan: Güləşçimiz dünya çempionatının FİNALINDA
217678
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.