Zakir Həsənov ABŞ nümayəndələri ilə mühüm görüş keçirdi

Hazırda oxunan: Zakir Həsənov ABŞ nümayəndələri ilə mühüm görüş keçirdi

21766

Mayın 20-də Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Vaşinqtonda fəaliyyət göstərən Xəzər Siyasi Mərkəzinin icraçı direktoru Əfqan Niftinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Z.Həsənov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin komandanlığı altında əks-həmlə əməliyyatı ilə başlayan Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatdı və torpaqlarımız işğaldan azad edildi.
 

Qazanılan qələbənin Cənubi Qafqaz regionunda sabitliyin təmin olunmasına töhfə verəcəyini xüsusi qeyd edən Müdafiə naziri azad edilmiş ərazilərdə Azərbaycan Ordusu tərəfindən hazırda həyata keçirilən tədbirlər haqqında da qonaqları məlumatlandırıb.


Öz növbəsində, nümayəndə heyətinin üzvləri müharibənin ilk günündən döyüşlər haqqında məlumatları diqqətlə izlədiklərini bildiriblər.

Müxtəlif qoşun növlərinin cəlb olunması ilə həyata keçirilən əməliyyatların təhlilini apardıqlarını qeyd edən qonaqlar ABŞ, eləcə də digər ölkələrin hərbi ekspertləri tərəfindən Azərbaycan Ordusunun bu müharibədə qazandığı təcrübənin, tətbiq olunan taktika və döyüş üslubunun dərindən öyrənildiyini xüsusi vurğulayıblar.

Qeyd edək ki, görüşdə Xəzər Siyasi Mərkəzinin idarə heyətinin üzvləri Riçard Hoqland və Robert Sekuta, eləcə də ABŞ Ordusunun ehtiyatda olan general-mayoru Maykl Repass da iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin