Dollar UCUZLAŞACAQ? – MÜHÜM PROQNOZ

Hazırda oxunan: Dollar UCUZLAŞACAQ? – MÜHÜM PROQNOZ

217537

 

ABŞ Federal Ehtiyatlar Sistemi (FED) növbəti dəfə uçot dərəcəsini azaltmaq niyyətindədir.

FED-in qərarına əsasən, 2024-cü ilin sonuna kimi uçot dərəcəsi 4,4, 2025-ci ilin sonuna kimi isə 3,4 faizə qədər endiriləcək. Bu da onu göstərir ki, FED indilikdə uçot dərəcəsini aşağı salmaq kursunu davam etdirmək niyyətindədir.
 

MÖVZU İLƏ BAĞLI:

Dollar ucuzlaşacaq? – MÜHÜM PROQNOZ


Bu fonda görəsən, dollar ucuzlaşacaqmı?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, FED-in faiz dərəcəsini azaltması ilə həqiqətən də dünyada dolların ucuzlaşması prosesi izlənilə bilər:

“Amma onun baş verməsinin belə Azərbaycana təsiri olmayacaq. Çünki ölkəmizdə dolların məzənnəsi inzibati yolla tənzimlənir. Yəni manat üzən məzənnə ilə tənzimlənmir. Dolların ucuzlaşması baş versə, bu fonda Azərbaycan manatının effektiv məzənnəsi qalxacaq. Effektiv məzənnənin qalxmasından da dövlət qazanacaq. Çünki bu zaman manatın sabit saxlanılması istiqamətində istifadə olunan xərclər azalacaq. Bu da öz növbəsində Azərbaycanın maliyyə sferasına daha müsbət təsir edə bilər”.

Qeyd edək ki, FED son 4 ildə ilk dəfə olaraq sentyabrın ikinci on günlüyündə baza uçot dərəcəsini azaldıb. Həmin vaxt uçot dərəcəsi 0,5 faiz azaldılaraq, 5,25-5,5 faiz dərəcəsindən 4,75-5 faiz dərəcəsinə endirilib.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin