Dövlət Sərhəd Xidməti və Zaqatala rayon polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Danaçı kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
MÖVZU İLƏ BAĞLI:
Tərtər polisi əməliyyat keçirdi - Saxlanılanlar var
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, ümumi çəkisi 1 ton 600 kiloqram olan 11 000 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Bizim.Media