Tikinti materialları niyə BAHALAŞIR?

Hazırda oxunan: Tikinti materialları niyə BAHALAŞIR?

217248

Təmir-tikinti materiallarının qiyməti artıb. İstər yerli, istərsə də xaricdən gətirilən tkinti materiallarının qiymətində bahalaşma müşahidə olunur.

Maraqlıdır ki, tikinti materiallarında bahalaşma adətən yaz aylarında daha çox baş verirdi. Bunun əsas səbəbi isə bu fəsildə tikinti işlərinin daha da çoxalması idi.
 

MÖVZU İLƏ BAĞLI:

Bazarlarda ALICI QITLIĞI: Tikinti materialları ucuzlaşdı – VİDEO 


Bəs, havaların soyuduğu bir vaxtdakı qiymət artımının əsas səbəbi nədir?

İqtisadçı Natiq Cəfərli Bizim.Media-ya bunun bir neçə səbəbi olduğunu bildirib:

"Tikinti məhsullarının qalxmasının bir neçə səbəbi var. Daxildə istehsal olunan məhsulların bahalaşmasının birinci səbəbi dizel yanacağının qiymətinin bahalaşmasıdır. 2 ay öncə dizelin qiyməti 25 faiz artdı.

Yerli məhsullardan sement, şebel digər tikinti materiallarının istehsalında da, daşınmasında da məhz bu yanacaqdan istifadə olunur. Təbii ki, dizel yanacağının qiyməti 25 faiz artırsa, yerli məhsulların da qiyməti avtomatik olaraq bahalaşır. Çünki daşınma xərcləri kifayət qədər ciddi şəkildə artıb. Yerli məhsulların qiymət artımının əsas səbəbi budur".

Ekspert deyir ki, xaricdən gətirilən məhsulların bahalaşmasının da səbəblərindən biri daşınma xərclərindəki artımdır:

"Son zamanlar logistik problemlər yaşanır, yükdaşımalarda xərclər çoxalır, konteynerlərin qiyməti artır. Bunların da təsiri olur. Daha bir məsələ bundan ibarətdir ki, bizdə differrensial yanaşma yoxdur. Gömrükdən keçirilərkən tikinti materialalrının tələbə uyğun olaraq müxtəlif rüsumların ödənilməsi məsələsi yoxdur. Bizdə hamısı eyni cür rəsmiləşdirilir. Bu da qiymətin yüksəlməsinə səbəb olan amillərdən biridir.


Daha bir səbəb isə tələbin artmasıdır. Çünki işğaldan azad olunmuş bölgələrdə böyük təmir-tikinti işləri gedir. Tikinti materiallarına tələb həddən artıq yüksəlib. Elə son 4 ildə Qarabağda 19 milyard dollarlıq təmir-tikinti işləri aparılıb. Gələn il də bunun üçün təqribən 4, 4,5 milyard manat ayrılacaq. Tələb artdıqca qiymət də yüksəlir. Bu, iqtisadiyyatın özəl qanunudur. Təəssüf ki, bu, belə də davam edəcək”.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin