“Beşiktaş”ın qapıçısı ZƏDƏLƏNDİ

Hazırda oxunan: “Beşiktaş”ın qapıçısı ZƏDƏLƏNDİ

217149

"Beşiktaş" əsas qapıçısı Mert Günokun zədəsi ilə bağlı açıqlama yayıb.

Bizim.Media xəbər verir ki, məlumatda təcrübəli qolkiperin qarşıdakı iki oyunda meydana çıxmayacağı bildirilib.
 

Çiynindən zədələnən Mert Avropa Liqasında "Lyon" və Türkiyə Superliqasında "Qalatasaray"la matçlarda forma geyinməyəcək. Komandanın digər qapıçısı Ersin Destanoğlu da zədədən əziyyət çəkir. Nəticədə qarşıdakı oyunlarda "Beşiktaş"ın qapısını 19 yaşlı Göktuğ Baytekin qoruyacaq.


Qeyd edək ki, "Beşiktaş" Türkiyə Superliqasında 9 turdan sonra 20 xalla 2-ci pillədə qərarlaşıb. Lider "Qalatasaray"dan 5 xal geri qalan komandanın ehtiyatda 1 oyunu var.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin