Eşşək südündən hazırlanan ÜZ KREMLƏRİ – Onların hansı faydaları var?

Hazırda oxunan: Eşşək südündən hazırlanan ÜZ KREMLƏRİ – Onların hansı faydaları var?

217127

Bir çox dəriyə qulluq vasitələrinin tərkibi əsasən müxtəlif növ bitkilər, südlər və s kimi təbii məhsullardan ibarət olur. Bunlardan biri də eşşək südündən hazırlanan kremlərdir. Belə ki, son vaxtlar eşşək südündən hazırlanan dəriyə qulluq vasitələri, üz maskalarının istifadəsi daha da yayılıb və bunun faydalarından ağız dolusu fikirlər səsləndirilir.

Hətta bu məhsulların ağardıcı effektə malik olduğu da deyilir.

Bəs həqiqətən də eşşək südünün dəriyə nə kimi müsbət təsirləri var?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan dermatoloq Tünzalə Əzizlinin sözlərinə görə eşşək südündən ibarət olan kremlərin tərkibindəki vitaminlər dəriyə xüsusi nəmləndirici və yeniləyici təsirə malikdir:
 

MÖVZU İLƏ BAĞLI:

Eşşək südü qızılcanın DƏRMANIDIR?


“Bu süd ən çox Hollandiya və Almaniyada satılır. Təkibində bu cür vitaminlərlə yanaşı, kollagen olan kremlər isə eyni zamanda müəyyən qədər ağardıcı, qırışlar əleyhinə effektə də malik ola bilər”.

Müsahibimiz bu südün dəriyə təsirləriylə yanaşı, orqanizmə faydalarından da bəhs edib:

“Eşşək südü tərkibindəki protein, şəkər və kalsiumun miqdarına görə ana südünə daha yaxındır. Eşşək südü mineral çatışmazlığını aradan qaldırır, immunsistemini gücləndirir, astma, bronxit kimi xəstəliklərdə effekti böyükdür. Qaraciyərin fəaliyyətini, həzmi yaxşılaşdırır, qəbizliyin qarşısını alır, bağırsaqları rahatladır. Bunun səbəbi isə tərkibindəki yağların az olmasıdır. Tərkibində bol miqdarda Omeqa 3Omeqa 6 yağ turşuları olduğu üçün ürək-damar xəstəliklərində xolesterolu salmağa çox faydalıdır”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin