Fransanın NÖVBƏTİ SAXTAKARLIĞI – Ukraynaya maddi yardım etmir, ordu göndərməkdən danışır...

Hazırda oxunan: Fransanın NÖVBƏTİ SAXTAKARLIĞI – Ukraynaya maddi yardım etmir, ordu göndərməkdən danışır...

217063

Fransanın xarici işlər naziri Jan-Noel Barro Ukrayna prezidenti Vladimir Zelenskinin təklif etdiyi qələbə planını dəstəklədiyini bildirib.

Barro digər ölkələrdən dəstək qazanmaq üçün Ukrayna rəsmiləri ilə çalışacağını qeyd edib:

“Rusiyanın qələbəsi güclülərin hakimiyyətinin zəfəri olacaq və beynəlxalq nizamı xaosa aparacaq. Buna görə də təmaslarımız prezident Zelenskinin qələbə planının həyata keçirilməsində irəliləyiş əldə etməyə və mümkün qədər çox ölkəni onun ətrafında cəmləşdirməyə imkan verməlidir”.
 

MÖVZU İLƏ BAĞLI:

Makronun reytinqi rekord həddə aşağı düşdü


O, həmçinin qeyd edib ki, Ukrayna müqaviməti Avropanı azadlığı zülmdən ayıran Vladimir Putin Rusiyasından ayıran cəbhə xəttini saxlamağa imkan verir.

Rəsmi Parisin bu açıqlaması isə birmənalı qarşılanmayıb. Çünki cəmi bir həftə əvvəl Fransanın müdafiə naziri Sebastyan Lekornu dövlət borcları səbəbindən Ukraynaya vəd etdikləri yardımı verə bilməyəcəklərini açıqlamışdı.

Maraqlıdır, Kiyevə maddi yardım belə göstərməyən Paris niyə Ukraynaya ordu göndərmək fikrinə belə dəstək verir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılovun fikrincə, Fransa digər məsələlərdə olduğu kimi, Ukrayna məsələsində də manipulyasiya etməklə məşğuldur:

“Ümumiyyətlə Fransanın Ukrayna məsələsində mövqeyi dürüst və səmimi deyil. Beynəlxalq münasibətlər sisteminə dağıdıcılıq və xaos bəxş edən Fransa Ukrayna məsələsində də manipulyasiya edir. Əslində isə Fransa Prezidenti Emmanuel Makronun xarici siyasətdə bütün addımları Parisə yalnız və yalnız yeni düşmənlər, qıcıq və antipatiya yaradır.

Ukraynanı Rusiya ilə müharibəyə təhrik edən, nəticədə bölgədə problemlər yaradan Fransa indi də bir çox vasitələrdən istifadə edərək, Kiyevə yardım məsələsində yayınmağa çalışır. Əminliklə demək olar ki, Fransa Ukraynaya təkvə pul vermək istəmir, eyni zamanda, heç bir ordu mənsubunu da göndərməyəcək”.

Ekspertin fikrincə, Makron yalan, saxta vədlər verərək Ukraynanı aldatmağa çalışır:

“Atılan addımlar və Fransanın sonrakı davranışları indidən onu deməyə əsas verir ki, Paris növbəti dəfə həm beynəlxalq aləmi, həm də Ukraynanı aldadacaq. Fransa guya Ukraynaya hərbi yardım məsələsində hərtərəfli dəstək olmağa çalışdığını göstərməyə çalışsa da, reallığa gələndə Makron dərhal bu təklifi bloklayacaq və Ukraynaya heç bir hərbi dəstək verməyəcək”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin