Azərbaycan futbolunda 2024/25 mövsümünün ən böyükhesablı qələbəsi qeydə alınıb.
Bizim.Media PFL-in saytına istinadən xəbər verir ki, bu, 2-ci Liqanın 7-ci turunda baş verib.
“Göygöl” öz meydanında “Füzuli”ni 9:0 hesabı ilə məğlub edib. Bunadək mövsümün rekordu II Liqanın II turunun “Şimal” – “Ağdaş” matçında qeydə alınmışdı – 8:0.
9 topluq fərq həm də son 8 mövsümün rekordunun təkrarıdır.
Ötən mövsümdə 3 belə nəticə qeydə alınıb. 2-ci Liqada “Cəbrayıl” “Kürmük Qax”, “Şahdağ Qusar” “Dinamo” ilə görüşdə qonaqların qapısından 9 cavabsız top keçirib. Əvəzedicilər liqasında isə “Qəbələ-2” “Araz-Naxçıvan-2” ilə səfər matçında eyni hesaba sevinib.
Daha böyük fərqə isə sonuncu dəfə 2016/17 mövsümündə təsadüf olunub. Həmin vaxt “Zaqatala” I divizionda “Energetik”in qapısından 10 top keçirib.
Bizim.Media
- A-
- A
- A+
İdman
23:26 / 19.10.2024
Azərbaycan futbolunda son 8 mövsümün rekordu TƏKRARLANDI
Hazırda oxunan: Azərbaycan futbolunda son 8 mövsümün rekordu TƏKRARLANDI
Hazırda oxunan: Azərbaycan futbolunda son 8 mövsümün rekordu TƏKRARLANDI
216863
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.