Ermənistan Müdafiə Nazirliyindən döyülən hərbçiləri ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Ermənistan Müdafiə Nazirliyindən döyülən hərbçiləri ilə bağlı AÇIQLAMA

21686

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusu sərhədi pozmağa və təxribat törətməyə cəhd edən erməni hərbçilərini cəzalandırıb və təpikləyərək ərazidən uzaqlaşdırıb. Bu haqda görüntülər internetdə yayılıb.

Ermənistan Müdafiə Nazirliyi insidentə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, məlumat “armeniasputnik.am” saytında yer alıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan sərhədçiləri erməni təxribatçılarını "İTİ QOVAN KİMİ" qovdular - VİDEO


Nazirlik xatırladıb ki, sosial şəbəkələrdə azərbaycanlı hərbçilərin Ermənistan Silahlı Qüvvələrinin formasını geyinmiş bir şəxsi alçaltdığı, itələdiyi və döydüyü haqda bir video ortaya çıxıb.

Görüntülər araşdırıldıqdan sonra Müdafiə Nazirliyi hadisənin 17 may 2021-ci il tarixində Ermənistan-Azərbaycan sərhədinin şərq hissəsində baş verdiyini öyrənib.

"Bu hadisə ilə əlaqədar rəsmi istintaq təyin edilib. Nazirlik bütün şərtləri müəyyənləşdirmək və səbəblərini üzə çıxartmaq üçün müvafiq mexanizmləri tətbiq edəcək". Press relizdə belə deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin