Xaçmazın Xudat şəhərində bədbəxt hadisə qeydə alınıb.
Bizim.Media-nın yrli bürosu xəbər verir ki, Xudat şəhər sakini, ruhi xəstəlikdən əziyyət çəkən, 1954-cü il təvəllüdlü Əlixan Vəlixan oğlu Mehdixanov ərazidəki gölməçələrin birinə yıxılıb və boğularaq ölüb.
Onun üç gündür evdən çıxdığı, ailəsinin onu axtardığı deyilir.
Ə. Mehdixanovun meyiti gölməçədən çıxarılıb və tibbi ekspertizaya göndərilib.
Faktı Xaçmaz rayon prokurorluğu araşdırır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.