Şimal-Qərb bölgəsində havanın temperaturu 12-14 dərəcə enib, yağış yağır.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, havanın kəskin dəyişməsi nəticəsində yüksək dağlıq ərazilərdə 14, aranda isə 12 dərəcəyə kimi enib.
Yağışla yanaşı bölgənin bir sıra ərazilərində külək də müşahidə edilib. Bu isə bir sıra meyvə ağaclarındakı məhsulun yerə tökülməsi ilə nəticələnib. Yağış yağması ilk növbədə bölgənin iri dağ çaylarında - Dəmiraparan, Qara, Şin, Kürmük, Muxax və Katex çaylarında suyun səviyyəsinin artmasına səbəb olub.
İlkin məlumatlara əsasən, hələlik sel daşqınları qeydə alınmayıb. Bölgədə qeyri-sabit hava şəraiti davam edir.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu