Qadın və gənc sahibkarlara doqquz ayda nə qədər güzəştli kredit AYRILIB?

Hazırda oxunan: Qadın və gənc sahibkarlara doqquz ayda nə qədər güzəştli kredit AYRILIB?

216602

Cari ilin 9 ayı ərzində sahibkarların 4116 layihəsinə Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən 167,6 milyon manat güzəştli kredit verilib.

SİF-dən Bizim.Media-ya bildirilib ki, bu dövr ərzində fondun güzəştli kreditlərindən 327 qadın sahibkar yararlanıb və onların layihələrinə ümumilikdə 9,9 milyon manat güzəştli kredit verilib.

Bununla yanaşı, sözügedən dövr ərzində 123 gənc sahibkar təqdim etdikləri layihələr üzrə ümumilikdə 4,6 milyon manat güzəştli kredit əldə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin