Azərbaycan klubu fəaliyyətini dayandıra bilər

Hazırda oxunan: Azərbaycan klubu fəaliyyətini dayandıra bilər

216591

Azərbaycan II Liqasının 7-ci turunun bir oyunu baş tutmayıb.

Bizim.Media xəbər verir ki, “Lerik” “Şəfa” ilə matç üçün Bakıya gələ bilməyib.

Buna görə də həmin matç keçirilməyib. Lerik şəhərinin eyniadlı klubu maliyyə problemləri yaşadığı üçün və əlavə maliyyə dəstəyi almadığı təqdirdə cari mövsümdə fəaliyyətini dayandırmaq riski ilə üzləşib.

Əlavə edək ki, VI turdan sonra “Lerik” 7 xalla 9-cu pillədə qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin