Lerikdə minik avtomobili dərəyə düşüb, sürücü atılaraq xilas olmağa çalışıb

Hazırda oxunan: Lerikdə minik avtomobili dərəyə düşüb, sürücü atılaraq xilas olmağa çalışıb

216585

Lerikdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Qışlaq kəndi ərazisində baş verib.
 

Belə ki, rayon sakini, 1965-ci il təvəllüdlü Mehman Ağamməd oğlu Höccətov idarə etdiyi "Ford Transit" markalı avtomobilində idarəetməni itirib. Nəqliyyat vasitəsi dərəyə duşərkən sürücü yolda avtomobildən çölə atıla bilib.


Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan M.Höccətov Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Sabutay Nağıyev, Bizim Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin