Zaxarovadan almaniyalı siyasətçilərə XƏBƏRDARLIQ

Hazırda oxunan: Zaxarovadan almaniyalı siyasətçilərə XƏBƏRDARLIQ

216553

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova almaniyalı siyasətçilərə Ukrayna ilə bağlı məsələlərdə Rusiyaya ultimatumlar təqdim etmək əvəzinə Kiyevə silah göndərilməsini dayandırmağı tövsiyə edib.

Bizim.Media xəbər verir ki, bu barədə "İzvestiya" yazıb.

Zaxarova bunu Xristian Demokratik İttifaqının lideri Fridrix Mertsin Rusiyaya ünvanladığı ultimatumla bağlı sözlərini şərh edərkən deyib.

"Əgər onlar hərbi əməliyyatların dayandırılmasını istəyirlərsə, qoy Kiyevə silah tədarükünü dayandırsınlar" - diplomat bildirib.

Daha əvvəl Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin bildirib ki, Almaniya Ukraynanın münaqişədə qələbə çalacağına inanmır, ona görə də Ukrayna Silahlı Qüvvələrinə ağır texnika tədarük etməyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin