Yunanıstanda Selanik şəhərində karantin əleyhinə olan nümayişçilərlə polis arasında qarşıdurma yaşanıb.
Bizim.Media xəbər verir ki, bu barədə yerli mətbuat orqanı olan “Thestival” qəzeti məlumat yayıb.
Sosial şəbəkələrdə karantinə etiraz etmək çağırışından sonra insanlar şəhərin Ağ Qala yaxınlığına toplaşıblar.
Vətəndaşların toplanmasının qarşısını almaq üçün hadisə yerinə polis cəlb edilib.
Əvvəlcə kiçik bir atışma olub, sonra isə vəziyyət daha kəskinləşib. Etirazçılar polisə şüşə və boya atıblar. Buna cavab olaraq polis kütləni dağıtmaq üçün kimyəvi maddələrdən istifadə ediblər
Qeyd edək ki, Selanik şəhərində gərgin epidemioloji vəziyyət nəzərə alınaraq noyabrın 3-dən karanti elan edilib.
Noyabrın 7-dən 30-u tarixinə qədər isə ölkə üzrə karantin tətbiq olunacaq.
Küçələrə çıxmağa yalnız SMS göndərdikdən sonra icazə veriləcək. Qayadalara görə, küçədə və qapalı ərazilərdə maska taxmaq məcburidir, gecə yarısından səhər 5-ə qədər komendant saatı tətbiq olunur.
Maskanın olmaması və məsafəyə riayət edilməməsinə görə cəza isə iki dəfə artırılıb. Qaydaları pozanlar indi 150 avro əvəzinə 300 avro ödəməli olacaqlar.
Bizim.Media