Təcili yardıma daxil olan çağırışların sayı artıb - TƏBİB sədri

Hazırda oxunan: Təcili yardıma daxil olan çağırışların sayı artıb - TƏBİB sədri

216466

Bu ilin ötən dövründə təcili yardıma müraciət edənlərin sayı artıb.

Bizim.Media xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsinə dair keçirilən brifinqdə deyib.

O bildirib ki, bu ilin 9 ayında təcili yardım xidmətinə 600 minə yaxın çağırış daxil olub:

"Həmin müddətdə 40 minə yaxın əsassız çağırış qeydə alınıb. Ötən ilin müvafiq dövründə bu rəqəm 35 minə yaxın olub. Keçən illə müqayisədə təcili yardıma daxil olan çağırış və təxliyə sayı artıb".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin