Rusiya XİN: Moskva üçtərəfli razılaşmalara alternativ görmür

Hazırda oxunan: Rusiya XİN: Moskva üçtərəfli razılaşmalara alternativ görmür

216387

“Rusiya Cənubi Qafqazda kommunikasiyaların açılması və Azərbaycanla Naxçıvan Muxtar Respublikasını birləşdirəcək yola nəzarətlə bağlı üçtərəfli formatda əldə olunan razılaşmaları əsas götürür”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova çərşənbə günü keçirdiyi brifinqdə qeyd edib.

Zaxarova qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin tapşırığı ilə yaradılan üçtərəfli işçi qrup tərəfindən bu istiqamətdə böyük işlər görülüb, Azərbaycanın əsas hissəsindən və Naxçıvandan Ermənistanın Syunik vilayətindən tranzit daxil olmaqla, dəmiyolu əlaqəsinin blokdan çıxarılmasının əsas parametrləri razılaşdırılıb: “Ona görə də, biz buna alternativ görmürük və bu istiqamətdə işləməyə davam edəcəyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin