Tahir Budaqov Şamil Ayrımla görüşdü - FOTOLAR

Hazırda oxunan: Tahir Budaqov Şamil Ayrımla görüşdü - FOTOLAR

21638

Bu gün Yeni Azərbaycan Partiyası sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımla görüşüb.

Partiyadan Bizim.Media-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrinin əhəmiyyətindən danışan YAP sədrinin müavini qeyd edib ki, Ümummilli Liderimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının tarixiliyi özünün siyasi, iqtisadi, mənəvi, eləcə də geostrateji mahiyyəti ilə ötən dövr ərzində sübuta yetirilib.

Onun sözlərinə görə, Azərbaycanla Türkiyənin münasibətlərinin güclənməsində hər iki ölkənin liderləri cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın müstəsna rolu var.

Azərbaycanla Türkiyənin bir-birinə hər zaman dəstək verdiyini deyən YAP Mərkəzi Aparatının rəhbəri qeyd edib ki, 44 günlük Vətən müharibəsi zamanı qardaş Türkiyənin Azərbaycana qətiyyətli, birmənalı mənəvi-siyasi dəstək verməsi sevindirici və qürurverici haldır.

Tahir Budaqov, həmçinin Yeni Azərbaycan Partiyası və Türkiyənin Ədalət və İnkişaf Partiyasının iki ölkə arasında münasibətlərin daha da güclənməsinə öz töhfələrini verdiyini diqqətə çatdırıb.

Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Azərbaycana səfər etməkdən məmnunluğunu bildirib. O qeyd edib ki, Türkiyə və Azərbaycanın münasibətləri möhkəm təməllərə əsaslanır. Şamil Ayrım vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri üçün nümunədir. Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Vətən müharibəsində Azərbaycanın qazandığı qələbənin tarixi əhəmiyyətini də vurğulayıb.

Türkiyə və Azərbaycan arasında qardaşlıq münasibətlərinin inkişafında Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın səylərini yüksək dəyərləndirən Şamil Ayrım əminliklə ifadə edib ki, bütün dünya üçün dostluq, birlik və tərəqqi nümunəsi olan əlaqələrimiz əbədiyyətə qədər davam edəcək.

Şamil Ayrım Yeni Azərbaycan Partiyası və Türkiyənin Ədalət və İnkişaf Partiyasının əlaqələrinin hazırkı səviyyəsindən də məmnunluğunu ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin