Nəsimi İcra Hakimiyyətinə XƏBƏRDARLIQ – Qanunsuz tikili BELƏ SÖKÜLDÜ – VİDEO

Hazırda oxunan: Nəsimi İcra Hakimiyyətinə XƏBƏRDARLIQ – Qanunsuz tikili BELƏ SÖKÜLDÜ – VİDEO

216360

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq zamanı Hüseynbala Əliyev küçəsindəki obyektin sahəsinin razılaşdırılmadan genişləndirilməsi faktı aşkar edilib.

Məsələ ilə bağlı müvafiq tədbirlərin görülməsi ilə bağlı iş icraçısına və aidiyyəti üzrə Nəsimi Rayon İcra Hakimiyyətinə məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Paytaxtda növbəti qanunsuz obyekt tikintisinin qarşısı alındı - FOTO/VİDEO


Bizim.Media xəbər verir ki, Baş İdarənin məlumatına baxmayaraq, qanunsuz işlər davam etdirilib.

Bu səbəbdən oktyabrın 16-da Nəsimi Rayon İcra Hakimiyyətinə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ciddi xəbərdarlıq olunub, tikinti işlərinin dayandırılması və tikilinin sökülməsi təmin edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin