Ermənistan Rusiyaya xəyanət etdi - NATO-nun SƏNƏDİ - FOTOFAKT

Hazırda oxunan: Ermənistan Rusiyaya xəyanət etdi - NATO-nun SƏNƏDİ - FOTOFAKT

21634

Şimali Atlantika Alyansının qərargahındakı mənbələrə istinadən verilən xəbərə görə, Ermənistan hökuməti NATO-dakı nümayəndəliyi vasitəsilə bu təşkilatın baş katibinin ofisinə, hərbi-siyasi bloka daxil olan bütün ölkələrin təmsilçilərinə Zəngəzur bölgəsindəki Ermənistan - Azərbaycan sərhədindəki vəziyyətə müdaxilə etmək istəyi ilə müraciət edib.

Bizim.Media xəbər verir ki, Ermənistanın təqdim etdiyi sənəddə iddia edilir ki, Qarabağ müharibəsi bitdikdən sonra dövlət sərhədində baş verən delimitasiya və demarkasiya məsələlərində qanun pozulub və nəticədə rəsmi İrəvanın ərazi bütövlüyünün toxunulmazlığı pozulub.

Ermənistan nümayəndəliyinin NATO-ya müraciətinin orijinal mətni  Azərbaycana, ölkəmizin rəhbərliyinə və şəxsən Prezident İlham Əliyevə qarşı böhtan hücumları ilə doludur.

Sənədin bu tonu yalnız psixoloji müstəvidə şərh oluna və səbəblərinin kökü İkinci Qarabağ müharibəsində erməni cəmiyyətinin sarsıdıcı məğlubiyyətə uğradığı ağır zehni travmada axtarıla bilər.

Və nəhayət, əsas şey başqadır. Bu sənəd Ermənistanın hərbi-siyasi müttəfiqi olan Rusiyaya xəyanətin miqyasını göstərir. Ermənistan Şimali Atlantika ittifaqı ilə yaxınlaşma siyasəti ilə NATO və Qərb qüvvələrini regional təhlükəsizlik sisteminin qarantı kimi cəlb etmək əzmini nümayiş etdirir və bununla da Azərbaycanın strateji tərəfdaşı olan Rusiyanın maraqlarını pozur.

13 may 2021-ci il tarixli sənəddə Azərbayvan-Ermənistan sərhədində baş verən son insidentlər bir tərəfli qaydada təsvir edilir və adekvat reaksiya verilməsi xahiş olunur.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin