Qadınları şantaj edən bloqer Cəmilə bu CƏZA VERİLDİ

Hazırda oxunan: Qadınları şantaj edən bloqer Cəmilə bu CƏZA VERİLDİ

216285

Bakıda qadınlara hədə-qorxu gələrək pul tələb etmədə təqsirləndirilən bloqer Cəmil Quliyevə hökm oxunub.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə C.Quliyev Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb tələb etmə) maddəsinin 3 bəndi üzrə təqsirli bilinib.
 

Qeyd olunub ki, Cəmil Quliyev sosial şəbəkə və digər vasitələrlə tanış olduğu, eyni zamanda pul qarşılığında onunla münasibətdə olan qadınları şantaj edib. O, həmin qadınlarla görüşərək münasibətdə olub, həmçinin digər yollarla əldə etdiyi görüntüləri paylaşmaq, onları rüsvay etmək adı ilə hədə-qorxu gələrək pul tələb edib. Bu yolla o, zərərçəkmiş şəxslərdən birindən 6.800, digərindən 2400 manat alıb.


Zərərçəkmiş qadınlardan biri model kimi tanınan şəxs olub.

Məhkəmənin 14 oktyabr tarixli hökmü ilə Cəmil Quliyevə 6 il həbs cəzası verilib.

Qeyd edək ki, C.Quliyev İnstagram və Tiktok sosial şəbəkə səhifələrində “jam_guliyev” adlı şəxsi hesabla tanınıb.

O, qeyd edilən cinayətdən əvvəl narkotik vasitədən istifadəyə görə 2 ay müddətinə də həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin