Mbappe cinsi zorakılıqda İTTİHAM OLUNUR

Hazırda oxunan: Mbappe cinsi zorakılıqda İTTİHAM OLUNUR

216273

Fransa millisinin kapitanı Kilian Mbappe təcavüzdə ittiham olunub.

Bizim.Media xəbər verir ki, bu barədə İsveçin “Expressen” nəşri məlumat yayıb.

Məlumata görə, 25 yaşlı futbolçu ilə bağlı araşdırma onun Stokholma iki günlük səfərindən sonra başlayıb.

Mənbənin sözlərinə görə, ötən həftə Kilian dostları ilə birlikdə İsveç paytaxtına gedib. O, restoran və gecə klubuna baş çəkib və ertəsi gün şəhəri tərk edib. Futbolçu iddia olunan hadisənin baş verdiyi "Bank Hotel"də qalıb.
 

Belə ki, oktyabrın 12-də bir qadın cinsi zorakılıq qurbanlarına kömək etmək üzrə ixtisaslaşmış xəstəxanaya gedərək Mbappenin ona təcavüz etdiyini bildirib və polisə şikayət edib. Oktyabrın 14-də hüquq-mühafizə orqanları araşdırma aparmaq üçün futbolçunun yaşadığı otelə gedib.


Kilian Mbappe ona qarşı irəli sürülən ittihamları rədd edib. Onun fikrincə, bütün dünya mediası tərəfindən fəal şəkildə yayılan xəbər futbolçuya 55 milyon dollardan çox borcu olan Parisin “Paris Saint-Germain” klubuna qarşı məhkəmə iclaslarının başlaması ilə bağlıdır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin