Tovuzda 18 nəfərin zəhərləndiyi dönərxana BAĞLANDI

Hazırda oxunan: Tovuzda 18 nəfərin zəhərləndiyi dönərxana BAĞLANDI

216261

Tovuz rayonunun Qovlar şəhərində 18 nəfərin dönərdən zəhərlənməsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Mətbuat Xidmətindən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

 Tovuzda kütləvi zəhərlənmə: 18 nəfər xəstəxanalıq oldu - ADLAR


Məlumatda qeyd olunub ki, agentliyin mütəxəssisləri hadisənin baş verdiyi ehtimal olunan Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində fəaliyyət göstərən "Köz dönər" ictimai iaşə müəssisəsinə baxış keçirib, müayinələrin aparılması məqsədi ilə nümunələr götürüb.

"Sözügedən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Hazırda aidiyyəti qurumlarla birgə araşdırmalar aparılır. Araşdırmaların nəticələri ilə bağlı ətraflı məlumat veriləcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin