Ermənilərin hərəkəti ABŞ-da gülüş doğurur - Metyu Brayzadan ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: Ermənilərin hərəkəti ABŞ-da gülüş doğurur - Metyu Brayzadan ÖZƏL AÇIQLAMA

21626

“Fikrimcə, ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın ölkə başçılarına zəng edərək, müzakirələr aparması çox yaxşı addımdır. Əminəm ki, o, Sünik başçısının dediyini, yəni azərbaycanlı əsgərlərin ərazidə sərbəst hərəkət etməsi barəsində mənim oxuduğumu oxuyub (gülür). Amma 10 noyabr razılığına əsasən Ermənistan həmin əraziləri Azərbaycana qaytarmalıdır”.

Bu fikirləri ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, beynəlxalq ekspert Metyu Brayza Bizim.Media-ya açıqlamasında deyib. O qeyd edib ki, ABŞ-n bu məsələlərdə çox ehtiyyatla davranır və bu başa düşüləndir: 
 

MÖVZU İLKƏ BAĞLI:

''Ermənistan müharibəni uduzub, status şansı qalmayıb'' - Metyu Brayza


“ABŞ bu məsələdə hər iki tərəfə qarşı neytral qalmaq prinsipi ilə yanaşır. Bu səbəbdən onlara sərhəd boyu hər hansı silahlı manevrlərdən yan keçməyi və regionda hər iki ölkə üçün təhlükəsizliyin təmin olunmasına zəmin yaratmağı tövsiyyə edir. Mənim fikrimcə, bu  Ağ Evin neytral qalma cəhdidir və hər iki ölkənin beynəlxalq sərhədlər boyu sabitliyin qorunması üşün dəstək göstəricisidir. Bundan başqa düşünürəm ki,  Ceyk Sallivan bilir ki, Azərbaycanın Ermənistan ərazisində hər hansı bir hərbi əməliyyat aparmaq fikri yoxdur. O, bilir ki, belə olduğu təqdirdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına əsasən Rusiya konfliktə müdaxilə edə bilər. Bundan başqa Ağ Evin bu mövqeyi seçməsi ABŞ-da olan güclü erməni diasporası ilə üz-üzə qalmaq istəməməsindən də irəli gəlir”.

Metyu Brayza İrəvanın beynəlxalq hay-küy salmaq cəhdini də başa düşdüyünü deyib.

Amma o, qeyd edib ki, Ermənistanın 10 Noyabr sülh bəyannaməsindəki şərtləri yerinə yetirməkdən doğru çıxış yolu yoxdur. “Azərbaycanın işğal olunmuş bütün torpaqları boşalıdılmalıdır”, - deyə fikrini tamamlayıb.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin