Vəkillər Kollegiyasında İrkutskun Vəkillər Palatasının nümayəndə heyəti ilə görüş KEÇİRİLDİ - FOTO

Hazırda oxunan: Vəkillər Kollegiyasında İrkutskun Vəkillər Palatasının nümayəndə heyəti ilə görüş KEÇİRİLDİ - FOTO

216229

Oktyabrın 15-də Vəkillər Kollegiyasının (VK) Hüquqi Yardım Mərkəzində Rusiyanın İrkutsk əyalətinin Vəkillər Palatasının prezidenti Oleq Smirnovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Kollegiyadan Bizim.Media-ya bildirilib ki, görüşdə VK-nın sədri Anar Bağırov rəhbərlik etdiyi qurumun fəaliyyəti, görülən işlər barədə ətraflı məlumat verib, müxtəlif yerli və beynəlxalq təşkilatlarla birgə həyata keçirilən layihələrdən danışıb, xeyli faydalı əməkdaşlıqların əldə olunduğunu qeyd edib.

O, son vaxtlar vəkillikdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə böyük üstünlük verildiyini bildirib, kollegiya tərəfindən yaradılan “Elektron vəkil orderi” sisteminin fəaliyyətindən bəhs edib və onun getdikcə İKT mütəxəssisləri sayəsində təkmilləşdirildiyini söyləyib.

Hüquqi Yardım Mərkəzində və Vəkillər Kollegiyası Akademiyasında görülən işlərə toxunan sədr vurğulayıb ki, son dövrlər VK tərəfindən həssas əhali qruplarına aid edilən şəxslərə pulsuz hüquqi yardımlar göstərilir, vəkillər davamlı tədrisə cəlb olunur.
 

Görüşdə VK Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Gözəl Hüseynzadə son illər həmin sahədə görülən işlər, aparılan islahatlar, vəkillik fəaliyyətinin nüfuzunun artırılması və müsbət nəticələrin əldə edilməsi barədə təqdimatla çıxış edib.


İrkutsk əyalətinin Vəkillər Palatasının prezidenti Oleq Smirnov kollegiyanın atdığı addımları yüksək qiymətləndirdiklərini bildirib.

Görüş zamanı fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib, suallar cavablandırılıb.

Görüşdən sonra qonaqlar “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun (VB) inzibati binası ilə tanış olub və fəaliyyəti barədə ətraflı məlumatlandırılıb.

VB müdiri Kamandar Nəsibov nəzərə çatdırıb ki, hazırda büroda 100-dən artıq ölkədən vəkil cübbələri (mantiyaları) toplanıb, VK-nın dəstəyi ilə dünyada ilk dəfə “Dünya vəkil cübbələri və atributları” sərgisi keçirilib və muzeyi yaradılıb. VB-də yerləşən həmin muzeydə vəkillik və ədliyyə tarixinə dair medallar, ordenlər, döş nişanları, markalar və pul əsginasları da daxil olmaqla, ümumilikdə 10 minə yaxın eksponat toplanıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin