"Barselona" futbolçusunu satmağa HAZIRDIR

Hazırda oxunan: "Barselona" futbolçusunu satmağa HAZIRDIR

216228

“Barselona” futbolçusu Frenki De Yonqu satmağa hazırdır. 

Bizim.Media xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. 

27 yaşlı nederlandlı futbolçu Kataloniya klubu ilə müqaviləni gələn yaya qədər uzatmasa, klub onu satmaq niyyətindədir.
 

“Barselona” 2023-cü ilin sonunda De Yonqa müqavilə təklifi edib və hələ də cavab almayıb. Amma klub yarımmüdafiəçini pulsuz, yəni azad agent kimi buraxmaq istəmir. Yeni müqavilədə Kataloniya klubunun daha az maaş təklif etdiyi qeyd olunur. 


Qeyd edək ki, Frenki De Yonqun “Barselona” ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. O, uzunmüddətli zədədən sonra bu mövsüm klubunun heyətində 1 oyuna çıxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin