“Google” dünya tarixində növbəti ilkə imza atıb.
Bizim.Media xəbər verir ki, şirkət süni intellektdən istifadənin artırılması üçün lazım olan enerjini istehsal etmək məqsədilə Kaliforniyada yerləşən “Kairos Power” şirkətindən nüvə reaktorları alacaq.
MÖVZU İLƏ BAĞLI:
"Google" şirkətindən Rusiya telefon nömrələrinə QADAĞA
Təxminən 7 reaktor sayəsində 24 saat fasiləsiz elektrik enerjisi veriləcək.
Birinci reaktorun 2030-cu ilə, qalanının isə 2035-ci ilə qədər tamamlanması planlaşdırılır.
Qeyd edək ki, daha əvvəl “Google” xəstəliklərin erkən diaqnostikası üzrə süni intellekt modeli yaratmışdı.
Bizim.Media