Elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azadolma müddəti daha 2 il uzadılıb.
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
İndiyə qədər qüvvədə olan qanuna əsasən, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı 2022-ci il yanvarın 1-dən 3 il müddətinə, yəni 2025-ci il yanvarın 1-dək ƏDV-dən azad idi.
Dəyişikliyə əsasən, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının ƏDV-dən azad edilməsi müddəti daha 2 il müddətinə uzadılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:20 / 15.10.2024
Enerji doldurucularının idxalı daha 2 il ƏDV-dən AZAD OLUNDU
Hazırda oxunan: Enerji doldurucularının idxalı daha 2 il ƏDV-dən AZAD OLUNDU
Hazırda oxunan: Enerji doldurucularının idxalı daha 2 il ƏDV-dən AZAD OLUNDU
216171
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.