Gəncədə tanışını öldürən şəxsin məhkəməsi başlayır

Hazırda oxunan: Gəncədə tanışını öldürən şəxsin məhkəməsi başlayır

21612

Gəncə şəhər sakinini qətlə yetirməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Gəncə şəhər prokurorluğu yayıb.

Mənbə bildirir ki, 2020-ci il noyabrın 8-də Samux-Gəncə avtomobil yolunun kənarında Gəncə şəhər sakini Ayxan Məmmədovun qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq Gəncə şəhər Prokurorluğunda istintaq aparılıb.
İstintaqla müəyyən edilib ki, zərərçəkmişin tanışı Elçin Əliyev bir gün öncə aralarında olan mübahisə ilə əlaqədar Ayxan Məmmədov ilə görüşərək heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə bıçaqla xəsarətlər yetirərək sonuncunu qəsdən öldürüb.

Elçin Əliyev Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) və 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin