Avstriya hökuməti paytaxt Vyanadakı terror aktından sonra təhlükəsizlik tədbirlərini artırmaq məqsədi ilə məscidlərin bəzisini bağlamaq qərarına gəlib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Karl Nexammer və mədəniyyət naziri Syuzanna Raab məlumat verib.
Məlumata görə, Avstriya höküməti yalnız radikal islamçılarının getdiyi məscidləri bağlayacaq. Bunun üçün müsəlman icması ilə danışıqlar aparılır. Avstriya müsəlman birliyi təşkiilatına da qərarla bağlı məlumat verilib.
Qeyd edək ki, Vyanada 2 noyabrda 4 nəfərin ölümü, 17 nəfərin yaralanması ilə nəticələnən terror aktı baş verib. İŞİD terror təşkilatı hadisəni öz üzərinə götürüb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
22:04 / 06.11.2020
Avstriya hökuməti məscidləri bağlayır
Hazırda oxunan: Avstriya hökuməti məscidləri bağlayır
Hazırda oxunan: Avstriya hökuməti məscidləri bağlayır
2161
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.