Portuqaliya millisinin və “Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo yeni saatı ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, "Jacob&Co" brendinə məxsus olan saat kolleksiyası Kriştiano Ronaldoya həsr edilib.
Saatda 39 yaşlı hücumçunun "Real"ın heyətində ÇL matçında "Mançester Yunayted"ə başla vurduğu qol əks olunub.
"Jacob&Co" brendi Ronaldonun əks olunduğu saatlarını yaxında satışa çıxarmağı da hədəfləyir.
Sözügedən saatın fotosunu təqdim edirik:
Bizim.Media