Almaniya millisi baş məşqçisi ilə müqaviləni UZADIR

Hazırda oxunan: Almaniya millisi baş məşqçisi ilə müqaviləni UZADIR

216039

Almaniya Futbol İttifaqı milli komandanın baş məşqçisi Yulian Nagelsmanla müqavilənin müddətini uzatmaq istəyir. 

Bizim.Media xəbər verir ki, bu barədə idman direktoru Rudi Föller açıqlama verib. 

“Biz Nagelsmanı inandırmağa çalışacağıq ki, o, daha bir neçə il komandada qalmalıdır”, – deyə funksioner bildirib. 

Nagelsmann 2023-cü ilin sentyabrından Almaniya millisində işləyir. Onun hazırkı sözləşməsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin