“Yeniyetmə qızlara təzyiqlə müşayiət olunan hadisələrə cəmiyyət imkan verməməlidir” – Bahar Muradova

Hazırda oxunan: “Yeniyetmə qızlara təzyiqlə müşayiət olunan hadisələrə cəmiyyət imkan verməməlidir” – Bahar Muradova

215997

Bir hadisə baş versə belə bu çoxdur. Xüsusilə, azyaşlı, yeniyetmə qızlara təzyiqlə müşayiət olunan belə hadisələri cəmiyyət nə qəbul etmir, nə də buna imkan verməməlidir.

Bizim.Media xəbər verir ki, bu sözləri Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlaması zamanı azyaşlı qızların zorakılığa məruz qalması, təhsildən yayındırılmaması və qaçırılmasına münasibət bildirərkən deyib.

O, cəmiyyətin bu məsələdə təpkisini alqışladığını bildirib:

"Heç kim bununla barışmamalıdır, harda yaşamasından asılı olmayaraq baş verən belə hadisəyə qarşı öz münasibətimizi bildirməliyik. Bu ilk növbədə bir cinayət hadisəsidir. Müvafiq olaraq hüquq -mühafizə orqanları bununla məşğuldurlar. Bu elə bir hadisə, cinayətdir ki, bununla müxtəlif qurumlar, hərə öz fəaliyyəti istiqamətində məşğul olur.
 

Zorakılığı məruz qalmış şəxsin özü əgər həyatını itirməyibsə, onun psixoloji durumu, üzvü olduğu ailədəki vəziyyətlə, onun bütün hüquqlarının aidiyyəti qurumlar tərəfindən tam və hərtərəfli təmin olunması prosesi ilə məşğul oluruq. Biz də bu işin içərisindəyik. Mən inanıram ki, bu kimi hadisələrə yol verənlər heç vaxt cəzasız qalmayacaq və qalmır da. Ən əsası bizim özümüz cəmiyyət olaraq belə hallara yol verilməməsi üçün hər addımda ayıq -sayıq olmalı və ətrafımızda baş verənlərə biganə qalmamalıyıq”.


Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin