Türkiyədə hərbi hissəyə hücumun qarşısı alındı

Hazırda oxunan: Türkiyədə hərbi hissəyə hücumun qarşısı alındı

21595

Türkiyə Silahlı Qüvvələrinin Diyarbəkirdə yerləşən aviasiya təyinatlı hərbi hissəsinə terrorçular tərəfindən hücum olub.

Bizim.Media Anadolu agentliyinə istinadla xəbər verir ki, mayın 19-da Türkiyə vaxtı ilə saat 00.30-da oyuncaq təyyarələrlə həyata keçirilən hücum cəhdinin qarşısı hərbçilərin sayıqlığı nəticəsində alınıb.

Türkiyə Milli Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi məlumatı təsdiqləyib. Hər iki mənbədən bildirilir ki, oyuncaq təyyarələrin vurularaq zərərsizləşdirilməsi sayəsində hücum cəhdinin qarşısı qətiyyətlə alınıb.

Hadisə ilə bağlı Diyarbəkir valiliyindən yayılan məlumatda qeyd olunub ki, hadisə nəticəsində dağıntı və tələfat baş verməyib. (Azərtac)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin