Qış mövsümün BƏLASI – Dəm qazından necə QORUNAQ?

Hazırda oxunan: Qış mövsümün BƏLASI – Dəm qazından necə QORUNAQ?

215945

Qış fəslinin yaxınlaşması və havaların soyumasıyla insanlar qış rejiminə keçid edirlər. Məsələn, qalın geyimlərini çıxarır, evlərini də isitməyə başlayırlar. Ancaq bu hazırlıq  bəzən faciələrə də səbəb olur. Belə ki, hər il dəm qazından yüzlərlə insan zəhərlənir və zərər çəkir.

Ona görə də insanlar dəm qazının təhlükəsindən qorunmaq üçün qazdan istifadə qaydalarıyla bağlı məlumatlı olmalıdırlar. Yaxud qazla işləyən cihazlarını vaxtlı-vaxtında yoxlamadan keçirməlidirlər.  

Mövzu ilə bağlı Bizim.Media təhlükəsizlik eksperti Elmar Nurəliyevin fikirlərini öyrənib. Ekspert qaz təsərrüfatı olan yerdə riayət olunmalı təhlükəsizlik qaydalarını açıqlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Təhlükəli “pitiminutka”lardan niyə imtina etmirik? - VİDEO


O, deyib ki, havaların soyumasıyla qaz cihazlarına, qurğularına tələbat artdığı üçün dəm qazından zəhərlənmə halları da artır:

“Buna görə də qaz təsərrüfatı olan yerdə təhlükəsizlik məsələsi mütləq ön planda olmalıdır. Yəni, qaz təsərrüfatının qurulmasını, layihələndirilməsini və yaxud hər hansı bir nasazlığın təmirini yalnız ixtisaslaşmış, akkreditasiyadan keçmiş müəssisə etməlidir. Bəzən vətəndaşlar bu işi anlayışı olan qohum-tanışa etibar edirlər, ancaq bu, yanlışdır.


Ümumiyyətlə, qaz təsərrüfatı olan yerdə qaz, dəm qazı əleyhinə dedektor olmalıdır. Bu olanda hər hansı bir qaz sızması zamanı qazın təchizatı dayanır, istehlakçıya bununla bağlı bildiriş gedir. İstehlakçı da qapı-pəncərəni açıb havalandırmanı təmin edir, aiddiyatı quruma müraciət edib faciənin qarşısını alır. Bu proses dəm qazı dedektorunda da belədir”.

Müsahibimiz bildirib ki, qaz təsərrüfatı olan otağa diqqət yetirmək lazımdır:

“Otağın kvadratı qaz sobalarının təyinatına uyğun olmalıdır. Otağın kvadratının qaz sobasının təyinatına uyğun olmaması və ya hamam otağına qaz qurğusunun yerləşdirilməsi yolverilməzdir”.

Əgər hamam otağına  məcbur şəkildə qoyulsa belə, mütləq nəfəslik, baca olmalıdır ki, içəridə hava olsun”.

Elmar Nurəliyev bacalarla bağlı xəbərdarlıqlar da edib:
 

“Tüstü bacası təmizlənməyən, tıxanan, hava sovurulmayan  bacalarda yanma prosesi düzgün getmir. Vətəndaşlar bir kağız parçasını yandırıb sovurma qabiliyyətini yoxlaya bilərlər. Yanma prosesi düzgün getməyəndə dəm qazı yaranır. Yaxud baca bəzən elə qoyulur ki, külək onu vurur və içindəki hava içəri yayılır. Vətəndaşlar bacanı özləri də təmizləyə bilərlər və ya hər hansı bir müəssisəyə də etibar edə bilərlər.


Yəni ümumi olaraq tüstü bacası qaydasında olmalı, qaz cihazı standartlara cavab verməli, cihaza kənar müdaxilə olmamalı, o, yalnız metal borularla çəkilməlidir”.  

Nəzrin Mirzəyeva, Bizim.Media                   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin