Futbol üzrə Türkiyə kubokunun sahibi müəyyənləşib.
Bizim.Media xəbər verir ki, həlledici matçda "Beşiktaş" və "Antalyaspor" üz-üzə gəlib. Matç İstanbul klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Beşiktaş"ın qollarını Souza və Valentin Rosyer vurub.
Bununla da "qara qartallar" tarixində 10-cu dəfə ölkə kubokunun qalibi olub.
Qeyd edək ki, "Beşiktaş" 2020-2021-ci il mövsümündə Türkiyə Superliqasının qalibi adına da yiyələnib. Bununla da komanda bu mövsüm iki kubok qazanaraq "qızıl dubl"a imza atıb.
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2021/05/19/1621400403_sar.jpeg)
- A-
- A
- A+
İdman
09:06 / 19.05.2021
“Beşiktaş” Türkiyə kubokunu qazandı - VİDEO
Hazırda oxunan: “Beşiktaş” Türkiyə kubokunu qazandı - VİDEO
Hazırda oxunan: “Beşiktaş” Türkiyə kubokunu qazandı - VİDEO
21571
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.