Qusar Rayon Polis Şöbəsinin təşəbbüsü ilə rayonun Hil kənd tam orta məktəbində “Gənclər narkomaniyaya yox deyir”, eləcə də “Erkən nikah və onun fəsadları” mövzularında tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, şagirdlərlə görüşdə çıxış edən rayon polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Azər Əfəndiyev narkomaniyanın cəmiyyət üçün böyük bəlaya çevrildiyini bildirib, bu problemə qarşı hüquq-mühafizə orqanlarının apardığı mübarizə tədbirlərindən danışıb, bu yöndə gənclərin maariflənməsinin vacibliyini vurğulayıb.
A.Əfəndiyev erkən nikahın səbəb olduğu problemlərdən də söhbət açaraq, hər bir uşağın yaşamaq, təhsil almaq, müdafiə olunmaq hüquqları olduğunu vurğulayıb. O qeyd edib ki, hər bir şagird öz hüquq və vəzifələrini bilməli, zərərli vərdişlərdən uzaq durmalıdır.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.


Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
							19:52 / 11.10.2024
							
						Qusar məktəbliləri erkən nikahın səbəb olduğu problemlər barədə MƏLUMATLANDIRILIB - FOTO
						
							
								Hazırda oxunan: Qusar məktəbliləri erkən nikahın səbəb olduğu problemlər barədə MƏLUMATLANDIRILIB - FOTO							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Qusar məktəbliləri erkən nikahın səbəb olduğu problemlər barədə MƏLUMATLANDIRILIB - FOTO							
						215632
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































