Samirə Əfəndi “Avroviziya”nın finalında - VİDEO - YENİLƏNİB

Hazırda oxunan: Samirə Əfəndi “Avroviziya”nın finalında - VİDEO - YENİLƏNİB

21561

Xəbər verdiyimiz kimi, Niderlandın Rotterdam şəhərindəki “Ahoy Arena”da “Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir.

Bizim.Media xəbər verir ki, Azərbaycanı “Avroviziya”da təmsil edən Samirə Əfəndi səhnəyə 14-cü çıxaraq “Mata Hari” adlı mahnısını ifa edib.

Sonda səsvermə nəticəsində Azərbaycan təmsilçisi Samirə Əfəndi "Avroviziya"nın finalına çıxıb.    

Samirənin çıxışını təqdim edirik:


***

Niderlandın Rotterdam şəhərində “Avroviziya -2021” mahnı müsabiqəsinin birinci yarımfinal mərhələsi keçirilir.

Bizim.Media xəbər verir ki, ölkəmizi müsabiqədə təmsil edən Samirə Əfəndi “Mata Hari” mahnısı ilə səhnəyə 14-cü sırada çıxıb.

Təqdim olunan bəstənin müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl, Lyuk Van Birsdir. Azərbaycan təmsilçisinin ifa etdiyi “Mata Hari” lirik mahnısı Birinci Dünya müharibəsində casus kimi günahlandırılan niderlandlı ekzotik rəqqas Mata Harinin həyatından bəhs edir.

***

Niderlandın Rotterdam şəhərində “Avroviziya -2021” mahnı müsabiqəsinin birinci yarımfinal mərhələsi keçirilir. 

Bizim.Media xəbər verir ki, ölkəmizi müsabiqədə təmsil edən Samirə Əfəndi “Mata Hari” mahnısı ilə səhnəyə 14-cü sırada çıxacaq. 

Təqdim olunan bəstənin müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl, Lyuk Van Birsdir.

Bu gün Azərbaycanla yanaşı Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Malta təmsilçiləri də çıxış edəcəklər. 

Xatırladaq ki, Niderland krallığının Rotterdam şəhərində keçirilən beynəlxalq müsabiqəyə 39 ölkədən 34 iştirakçı toplanıb. Müsabiqənin ikinci yarımfinalı mayın 20-də keçiriləcək, final yarışması mayın 22-də baş tutacaq. 

Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin